Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu

Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu backend

44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası əməliyyat olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhidimizin anası Radə Qurbanova uşaqlığın simptomlu leyomioması, uşaqlıq boyunun displaziyası diaqnozu ilə bu gün paytaxtdakı tibb müəssisələrindən birində əməliyyat edilib. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinə müdiri Zamirə Ədilova faktı Oxu.Az-a təsdiq edib.

O bildirib ki, vətəndaş Radə Qurbanova TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzində bu gün əməliyyat olunub:

“Əməliyyatı Mərkəzin Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mehriban Hacızadə həyata keçirib. R.Qurbanova artıq palataya köçürülüb, vəziyyəti qənaətbəxşdir”. 

Z.Ədilova həmçinin onu da qeyd edib ki, əməliyyatdan əvvəlki müayinələrdə Radə Qurbanovada ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası aşkarlanıb, o mərkəzin kardioloqu Ülviyyə Quliyevanın təyin etdiyi müalicə kursunu keçdikdən sonra əməliyyatına icazə verilib.

loading...
Diaspora