Bakı məktəblərinə işə götürülən şəhid ailələri üzvlərinin və qazilərin sayı açıqlanıb

Bakı məktəblərinə işə götürülən şəhid ailələri üzvlərinin və qazilərin sayı açıqlanıb backend

Bakı məktəblərinə 254 şəhid və qazi ailələrinin üzvləri və qazi işə qəbul edilib.

Apa xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, 1 nəfər direktor, 28 nəfər hərbi rəhbər, 10 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatının rəhbəri, 2 nəfər laborant, 207 nəfər kiçik xidmətedici işçi kimi işə götürülüb: "Ümumilikdə isə 39 direktor, 113 direktor müavini, 28 hərbi rəhbər, 220 psixoloq, 23 kitabxana müdiri, 2550 müəllim, 10 uşaq birliyi təşkilatı rəhbəri, 44 laborant və 207 kiçik xidmətedici işçi işə qəbul edilib".

loading...
Diaspora