Sahil Babayev BAMF-ı yubiley münasibəti ilə TƏBRİK ETDİ

Sahil Babayev BAMF-ı yubiley münasibəti ilə  TƏBRİK ETDİ backend

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiasi Naziri Sahil Babayev Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevə təşkilatın 30 illiyi ilə bağlı təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Umud müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olan BAMF ötən dövrdə uğurlu bir yol keçərək, media və vətəndaş cəmiyyətinin, milli jurnalistikanın inkişafına, həssas qrupların problemlərinin həllinə, sülhməramlı aksiyaların təşkilinə, miqrasiya məsələlərinin öyrənilməsinə və s. mühüm töhfələrini verib.

Beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq gündəliyinə malik olan Fond həmişə humanitar proseslərin fəal iştirakçısı olmaqla, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətina çatdırılmasında da önəmli işlər aparır.

Siz eyni zamanda son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şurada təmsil olunmaqla Nazirliklə sıx əməkdaşlıqdasınız.

İctimai şuranın sədri və son illər sədr müavini olaraq Nazirliyin fəaliyyat istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində, sosial sahəda aparılan geniş miqyaslı islahatlar prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunmasında önəmli xidmətləriniz vardır.

Sizi bir daha təbrik edir, Fonda mühüm ictimai əhəmiyyət kəsb edən çoxşaxəli və dəyərli fəaliyyətində yeni-yeni nailiyyətlar arzulayıram”.

Xatırladaq ki, Beynəlxalq Avraiya Mətbuat Fondu 1992-ci il sentyabrın 4-də yaradılıb.

loading...
Diaspora