Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyininin MƏLUMATI

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyininin MƏLUMATI backend

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması istiqamətində fəaliyyətni davam etdirir.

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyininin sədri Hafiz Səfixanov bildirib ki,

rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin avqust ayı ərzində 6 hadisə (5 mina və bir partlamamış hərbi sursat hadisəsi) nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə ANAMA-nın dörd mina təmizləyəni mina  partlamasından, bir mülki şəxs partlamamış hərbi sursat partlayışından zərər çəkmişdir. Bir hərbçi həlak olmuş və digər iki hərbçi isə yaralanmışdır. Mina hadisələrin hamısına piyada əleyhinə minalar, partlamamış hərbi sursat kimi isə əl qumbarasının alışdırıcısı səbəb olmuşdur.

 

2022-ci ilin iyul ayında hadisələr Füzuli, Kəlbəcər, Laçın, Qubadlı rayonlarının və Gəncə şəhərinin ərazisində baş vermişdir.   

 

2022-ci ilin ötən  səkkiz ayında 2 nəfəri kasetli silah partlamasından olmaqla 4 nəfər həlak olmuş və 37 nəfər yaralanmışdır.

 

2020-ci il noyabrın 10-dan 2022-ci il sentyabrın 1-dək minaların və partlamamış hərbi sursatların partlaması nəticəsində 202 nəfər (120 hərbçi, 82 mülki) yaralanıb, 40 nəfər (8 hərbçi, 32 mülki) həlak  olmuşdur.

 

Bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar.  Həlak olanlar və yaralananlar arasında işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlərin və həmin ərazilərdə infrastruktur layihələrində çalışanların da olmasını nəzərə alaraq “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi növbəti dəfə əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətandaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar.

loading...
Diaspora