“ADEX”də “Ovçu” minaatan dronu nümayiş olunur

“ADEX”də “Ovçu” minaatan dronu nümayiş olunur backend

Azərbaycanda hazırlanmış “Ovçu” minaatan dronu IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində nümayiş olunur.

“Report” xəbər verir ki, aparat müşahidə və hədəfi tuşlama funksiyalarını yerinə yetirə bilir.

“Ovçu” yaxın təmas döyüşləri üçün nəzərdə tutulub. Havada 20 dəqiqə qala bilir, 150 metrdən 500 metrədək effektiv döyüş aparmaq imkanı verir.

Dron 82 mm-lik dörd ədəd mina daşımaq qabiliyyətinə malikdir.

loading...
Diaspora