Müdafiə naziri Dmitri Pantusla görüşdü

Müdafiə naziri Dmitri Pantusla görüşdü backend

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

loading...
Diaspora