Nəyə lazımdır özgənin dilini bilmək? – Aqil Abbas

Nəyə lazımdır özgənin dilini bilmək? –  Aqil Abbas backend

Bu gün bir çoxları iş elanlarında yerli-yersiz xarici dil bilənlərə üstünlük verirlər. Bu, qanunsuzluqdur! Xarici dil bilmək yaxşı xüsusiyyətdir, amma heç kəs xarici dil bilməyə məcbur deyil.

Bu sözləri millət vəkili Aqil Abbas iş yerlərində xarici dil bilənlərə üstünlük verənlər haqda danışarkən deyib.

“Bununla bağlı artıq bir tədbir görülməlidir! Anlayıram, elə iş yerləri var ki, orada xarici dil mütləqdir. Çünki adam sırf xarici vətəndaşlarla və ya müxtəlif ölkələrlə çalışır. Amma satıcı və ya digər sahələrdə nəyə lazımdır özgənin dilini bilmək? Yazıq gedib pul verib dil öyrənəcək, sabah da gəlib iş tapa bilməyəcək ki, artıq işçi lazım deyil.

Hələ özlərindən yeni qanun icad ediblər. “İşçi tələb olunur 35 yaşdan yuxarı olmasın” deyirlər. Bəs 40-45 yaşlı nə etsin, acından ölsün?! Yoxsa gedib oğurluq etsin?!”

Axar.az

loading...
Diaspora