Ölən 2 nəfərlə bağlı qərar qanunsuzdur - "Tərtər işi"

Ölən 2 nəfərlə bağlı qərar qanunsuzdur - "Tərtər işi" backend

"Tərtər işi"nə görə ölən şəxslərdən ikisi ilə bağlı qərar qanunsuzdur.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib və onlarla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarların qəbul edilməsi təmin ediləcək.

loading...
Diaspora