26 şəxs barəsində verilən hökm ləğv edildi - "Tərtər işi"

26 şəxs barəsində verilən hökm ləğv edildi - "Tərtər işi" backend

"Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əlavə istintaq aparılması üçün prokurorluğun protesti əsasında məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan hökmlərdə əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb. Lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə və digər cinayətlərə görə məhkum olunmuş 26 şəxs barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq, onlardan 19 şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla, digər 7 şəxs barəsində olan təqibə müəyyən epizodlar üzrə bəraətverici, bir qisim epizodlar üzrə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul olunub.

loading...
Diaspora