Xalq artisti Ənvər Həsənovdan XƏBƏR VAR

Xalq artisti Ənvər Həsənovdan  XƏBƏR VAR backend

Bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti Ənvər Həsənov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşılaşmağa doğru gedir: "Artıq səhhətində xeyli irəliləyişlər var və saturasiyası çox yaxşıdır. Sabah karantin müddəti başa çatacaq. Bundan sonra lazım olan digər zəruri müayinələr həyata keçiriləcək".

Qeyd edək ki, bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

loading...
Diaspora