Ucarda özünü yandıran əlil ölüb

Ucarda özünü yandıran əlil ölüb backend

Ucarda üzərinə benzin tökərək yandıran II dərəcə əlil ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II dərəcə əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora