“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə 1992-2014-cü illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861767 nəfər, o cümlədən 550723 nəfər bakalavriat, 40026 nəfər magistratura səviyyəsi üzrə, 166678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, hazırda bazada 886271 nəfər haqqında məlumat mövcuddur. Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə təhsil almaq istəyən şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbulu hesabınadır. Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 7206 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 9117 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 4698 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 3483 nəfər haqqında məlumat daxil edilib. 8 oktyabr 2014-ci il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə 386286 nəfər haqqında, o cümlədən bakalavriat səviyyəsi üzrə 234920, magistratura səviyyəsi üzrə 27408, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul üzrə 73072 və ümumi orta təhsil bazasından qəbul üzrə 50886 nəfər haqqında müxtəlif növlü məlumatlar daxil edilib.8 oktyabr 2014-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə daxil edilmiş məlumatların ümumi statistikasına əsasən, ölkədə 4700 əcnəbi və vətəndaşlığı olmayan tələbə, əlavə təhsil almaq istəyən 3506 şəxs ali məktəblərə qəbul olub. Bu müddətdə təhsil müəssisəsinin öz qəbulunun sayı 7122-dir. 22 il ərzində xarici təhsil müəssisələrindən 9115, ölkədaxili 5655 köçürmələr həyata keçirilib. Bundan əlavə, 7943 ixtisas dəyişmələri, 1463 ixtisas dəyişməklə ölkədaxili köçürülmələr, 4178 təhsilalama forması dəyişmələri, 648 təhsilalma forması dəyişməklə ölkədaxili köçürmələri icra olunub. Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələrinin sayı 30, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələrin sayı 23, akademik borca görə xaric edilmələrin sayı 6098, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilmələr sayı 5121, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilmələrin sayı 13307, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilmələrin sayı 4689 olub.