“Ermənistan davamlı təxribatları ilə regionda “gündəm” yaratmağa çalışır” - Umud Mirzəyev

“Ermənistan davamlı təxribatları ilə regionda “gündəm” yaratmağa çalışır” -  Umud Mirzəyev backend

“Qarabağda yaşayan ermənilərin siyahıya alınması vacib məsələdir”.

Ednews xəbər verir ki, bu fikirlərlə rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib. O, təklif edib ki, proses erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra baş tutsun.

“Siyahıya almanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”, - deyə İ.Korotçenko vurğulayıb.

Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, törədilən bu kimi  cinayətlərin timsalında yüzlərlə erməni ailəsinin Qarabağda yerləşdirilməsinə cəhd edən qondarma rejim öz məkirli siyasətindən əl çəkmir.

“Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan və bu barədə düşünməyən işğalçı Ermənistan davamlı təxribatları ilə regionda “gündəm” yaratmağa davam edir. Son zamanlar  törədilən əməllər isə bunu bir daha sübut edir. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, tarixi faktlara, real  həqiqətlərə əsaslanan təbliğatımız  fonunda  beynəlxalq dəstək, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması  problemin tezliklə öz ədalətli  həllini tapacağına əsas yaradır”. - deyə U.Mirzəyev bildirib.

Fondun prezidenti həmçinin qeyd edib ki, Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan məskunlaşdırma siyasətinin aparılmasının və işğal olunan ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdlərinin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunun “fərqində deyil”.

“Bu vacib məsələdir. Biz bu məsələ ilə bağlı çağrışlarımız, açıqlamalarımız olub ki, orda həm rəqəmlər şişirdilir, həm də kənardan insanları gətirməyə çalışırlar. Reallıqda isə orada onların səsləndirdiyi rəqəmdən aşağı sayda insan yaşayır. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə bu yaxınlarda Azərbaycan ərazisində qanunsuz şəkildə milyarder Ruben Babayan peyda olub. Babanyan Rusiya vətəndaşıdır, o kimdir ki, gəlib Qarabağda yer istəyə? Onun o ərazilərə hansı əsaslarla, nə niyyətlə gəldiyi bəlli deyil. Bu gün Qarabağı giriş-çıxış məsələsi də gündəmə gələn əsas məsələrdəndir. Bu problem birdəfəlik, kökündən həll olunmalıdır”, - deyə o, fikrini tamamlayıb. 

Diaspora