Türkiyənin təhlükəsizlik qüvvələri 1 ayda 90 terrorçu zərərsizləşdirdi

Türkiyənin təhlükəsizlik qüvvələri 1 ayda 90 terrorçu zərərsizləşdirdi backend

Avqust ayında Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 90 terrorçu zərərsizləşdirilib. Onlardan 77-si PKK/KCK, 13-i İŞİD terror təşkilatının üzvüdür.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçulardan 16-sı ölü, 60-ı isə sağ ələ keçirilib. Daha 14 terrorçu özü təslim olub.

Avqust ayı ərzində PKK terror təşkilatına qarşı 9-u böyük olmaqla, ümumilikdə 12 min 563, terrorçularla əməkdaşlıq etməkdə şübhəli bilinənlərin saxlanılması istiqamətində isə yerlərdə 858 əməliyyat keçirilib.

Eyni zamanda təhlükəsizlik qüvvələri planlaşdırılan 9 terror aktının qarşısını alıblar.

Diaspora