“Azəriqaz”ın baş direktoru Qəbələ və Oğuz sakinləri ilə görüşəcək

“Azəriqaz”ın baş direktoru Qəbələ və Oğuz sakinləri ilə görüşəcək backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Qəbələ rayonunda vətəndaş qəbulu keçiriləcək.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 11:00-da Qəbələ şəhəri, Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024- 22-4-02-62; 024-20-5-01-70) müraciət edə bilərlər.

Diaspora