Universitetə qəbul olan şəhid övladları - FOTO

Universitetə qəbul olan şəhid övladları -  FOTO backend

Bu il ali məktəblərə qəbul olan məzunlar arasında şəhid övladları da var.

“Unikal” universitetə qəbul olan bir neçə şəhid övladı haqqında məlumatı təqdim edir:

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidova tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edən Əzizə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

Vətən müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədov Mingəçevir Dövlət Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq.

Şəhid Pilot, polkovnik-leytenant Fəxrəddin Əsgərovun qızı Zəhra Əsgərova ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərib. 637,80 bal toplayan Zəhra ADA Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.

Vətən müharibəsində şəhid olan baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov da tələbə adı qazanıb. O, Bakı Dövlət Universitetində Maliyyə ixtisası üzrə təhsil alacaq.

Şəhid tank komandiri, gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub.

Vətən müharibəsində şəhid olan çavuş Əlizamin İsgəndərovun oğlu Abbas İsgəndərli Xəzər Universitetinə qəbul olub.

loading...
Diaspora