Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib

Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib backend

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin gənc əməkdaşlarından bir qrupu ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üzrə təlimə cəlb olunub.

Qaziler.az bildirir ki, təlimə peşə hazırlığı sahəsində ölkəmizdə tanınmış şirkətlərdən olan “Dadaşsoy grup”un mütəxəssis-təlimçisi Könül Quliyeva moderatorluq edib.

Təlimin təşkilində əsas məqsəd nəzəri biliklərin təkmilləşdirilməsi, ünsiyyət bacarığı, ünsiyyətin qurulması texnikası, kommunikasiyada bədən dili, səs və görüntünün əhəmiyyəti, problem və həlli yollarının formalaşdırılması, müxtəlif kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində kommunikasiya bacarığının rolu ilə bağlı  komitənin gənc əməkdaşlarının bilik və təcrübəsinin artırılması olub.

Təlimin sonunda iştirakçılara serifikatlar təqdim edilib.

loading...
Diaspora