Türkiyə Futbol Federasiyasının binasına atəş açanlar tutulub - YENİLƏNİB

Türkiyə Futbol Federasiyasının binasına atəş açanlar tutulub -  YENİLƏNİB backend

Türkiyə Futbol Federasiyasının İstanbuldakı baş ofisinə hücum etməkdə şübhəli bilinən iki şəxs polis tərəfindən saxlanılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədəTürkiyənin Daxili işlər naziri Suleyman Soylu mətbuata açıqlamasında bildirib.

O, saxlanılan şəxslərin sərxoş olduqlarını qeyd edib.

***

21.49

Türkiyə Futbol Federasiyasının İstanbuldakı baş ofisinə hücum olub.

APA-nın NTV-yə istinadla xəbərinə görə, axşam saatlarında binaya odlu silahdan atəş açılıb.

Polisin məlumatına görə, binaya 7 güllə atılıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Diaspora