Müdafiə Nazirliyindən özəl telekannalara İTTİHAM

Müdafiə Nazirliyindən özəl telekannalara İTTİHAM backend

“Saysız-hesabsız QHT-lərin vətənpərvərlik tərbiyəsinə biganə münasibəti təəssüf doğurur”. Lent.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Rüfət Əmirov bildirib.

Onun sözlərinə görə, QHT-lər və ictimai təşkilatların nümayəndələri cəbhə bölgəsinə gedərək əsgərləri ziyarət etməyi məcburi bir kompaniya kimi başa düşməsinlər.
“Çox təəssüf ki, hazırkı mərhələdə mətbuatın və özəl telekanalların fəaliyyəti ölkənin müharibə şəraitində olması ilə bir araya sığmır” - deyə, nazirlik rəsmisi əlavə edib.
O bildirib ki, səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziya və media qurumları ordu və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə deyil, tamamilə başqa məqsədlərə xidmət edir. “Məncə, hansısa müğənninin sifarişi ilə hazırlanan şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olardı. Həftənin yalnız bir günü, sərfəli olmayan vaxtda yarım saatlıq vətənpərvərlik verilişi hazırlamaqla tamaşaçıya Vətən sevgisini aşılamaq mümkünsüzdür”.
Diaspora