“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” yeni layihəyə başlayır

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” yeni layihəyə başlayır backend

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi  “İşğaldan azad olunmuş ərazilərdəki minalar və partlamamış hərbi sursatlar problemi barədə beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması məqsədilə təhqiqatın aparılaraq hesabatın hazırlanması” adlı layihəsinin icrasına başlayır. 

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və PHS problemini beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq səviyyədə tanınan donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir.

Layihənin icra müddəti 2 aydır.

loading...
Diaspora