Avqustun 31-i Beynəlxalq Avrasiya Mətbuat Fondu Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb.
Qaziler.az Ednews-a istinadla xəbər verir ki, təlimlərin açılış mərasimində BAMF prezidenti Umud Mirzəyev, Medianın İnkişaf Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid və Əməkdar jurnalist Qulu Məhərrəmli və Rey Kərimoğlu iştirak ediblər.
Qeyd edək ki, təlimlər BAMF-ın baş ofisində Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba tərəfindən keçiriləcək.