Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, səfirin daimi nümayəndəsi Dr. Volfgang Mössinger və birinci katib Dr. Frederik Hanken Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş öz ofisində olublar. Bu barədə Qaziler.az saytına BAMF-dan məlumat daxil olub.
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, ümumi maraqlar və başqa sahələrdə, xüsusilə regionlarda təlim mərkəzləri, mikromaliyyələşmə, məktəblilərə qənaət etməklə bağlı maarifləndirmə və sairə məsələlər müzakirə olunub. Sadalanan fəaliyyət istiqamətlərində alman tərəfinin dəstəyi BAMF üçün xüsusilə əhəmiyyətlidir, çünki ki, Almaniya dünyada maliyyə bacarıqları və ikili təhsil sisteminin keyfiyyəti üzrə dünya lideridir.Bundan başqa, görüş zamanı BAMF-ın sədri Umud Rəhimoğlu və qonaqlar Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaqlar, eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit”-in fəaliyyəti ilə yaxından tanış olublar. “Avrasiya Kredit”-in baş direktoru səfirliyin nümayəndələrinə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.
Almaniya Səfirliyi və BAMF yaxın gələcəkdə mümkün birgə layihə kimi münaqişə rayonlarında məktəblilərə həyatlarının erkən dövrlərində maliyyə vəsaitinə qənaət etmənin vacibliyi layihəsinin icrasını planlaşdırırlar. Tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu.
U.Rəhimoğlu bildirib ki, BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və bir çox sahələrdə təşkilatın fəaliyyəti üzrə ilkin peşəkar təcrübə qazanmaq üçün tələbə gənclərini fonda ezam edən Almaniya universitetləri ilə yaxın əməkdaşlığı olmuşdur.
BAMF-ın informasiya
departamenti