Xalq artisti Ənvər Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir - TƏBİB

Xalq artisti Ənvər Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir - TƏBİB backend

TƏBİB Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məlumat yayıb.

Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.

Xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir.

loading...
Diaspora