Qubadlıdakı mina partlaması ilə bağlı AÇIQLAMA

Qubadlıdakı mina partlaması ilə bağlı  AÇIQLAMA backend

Qubadlı Rayon Prokurorluğunda mina partlaması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora