Vətən müharibəsi iştirakçılarına psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəlib

Vətən müharibəsi iştirakçılarına psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəlib backend

44 günlük şanlı Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim dövlətimizin diqqətindədir.

Səhiyyə Nazirliyindən  bildirilib ki, qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün nazirliyin dəvəti ilə 2 peşəkar mütəxəssis, Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner ilə Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç bilik və təcrübələrini yerli mütəxəssislərlə paylaşmaq, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün Azərbaycanda səfərdədirlər.

Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə 1 aylıq müddətə ölkəmizə ezam olunmuş mütəxəssislər burada intensiv şəkildə fəaliyyət göstərəcək. Səfərin ilk günü peşəkar mütəxəssislərlə Səhiyyə Nazirliyində görüş keçirilib.

Görüşdə qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkiyə münasibətlərinin dərin köklərə əsaslandığını, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu qeyd edib:

“Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda aparılan əks-hücum əməliyyatlarının ilk dəqiqələrindən ölkəmizin yanında olan qardaş Türkiyə Respublikasının dəstəyini bu gün də hiss edirik”.

Səfərin baş tutmasına görə Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkürünü bildirən Teymur Musayev postmüharibə dövründə qazilərimizin psixoloji durumunun nəzarətdə saxlanılmasında Türkiyəli mütəxəssislərin dəstəyinə ehtiyac olduğunu qeyd edib.

Öz növbəsində Türkiyəli mütəxəssislər ölkələrimiz arasındakı qardaşlığın əbədi və sarsılmaz olduğunu vurğulayaraq, tarixin ən çətin dövrlərində bir-birilərinə olan dəstəyin bundan sonra da davam edəcəyini diqqətə çatdırıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəman oğulları ölkənin tarixinə qızıl hərflərlə yeni səhifə yazıblar. Təbii ki, hər bir qələbənin öz çətinliyi var. Vətən müharibəsi iştirakçılarında postmüharibə sindromunun aradan qaldırılması üçün Türkiyəli mütəxəssislər bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini vurğuladılar. (Apa)

 

loading...
Diaspora