“Azərbaycan bir neçə saat ərzində Qazaxın 7 kəndini qaytara bilər”

“Azərbaycan bir neçə saat ərzində Qazaxın 7 kəndini qaytara bilər” backend

“Məncə bu, Nikol Paşinyana qarşı yeni bir iddiadır və düşmənçilik xarakteri daşıyır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

 

O, müxalif “Hayastan” fraksiyasının deputatı Geqam Nazaryanın “Qazaxın 7 kəndi artıq Azərbaycana təhvil verilib və bu barədə erməni cəmiyyətinə heç bir məluamt verilməyib” açıqlamasına münasibət bildirib.

 

Analitik sözlərinə görə, buna səbəb isə avqust ayının axırında Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli yeni bir görüşün olmasıdır:

 

“Bu görüşdə sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması prosesi, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunacaq. Yəni bu yöndə konkret siyasi qərar yoxdur və buna görə də belə bir qərar olmadan artıq 7 kəndin Azərbaycana verilməsi ilə bağlı fikir iddia etmək sadəcə olaraq axmaqlıqdan başqa bir şey deyil”.

 

Tarixə ekskursiya edən analitik əlavə edib ki, 10 noyabr 2020-ci il sənədindən bu günə qədər 2 ilə yaxın vaxt keçib:

 

“Dəfələrlə görüşlər və bu görüşlər nəticəsində bəyannamələr imzalanıb, konkret öhdəliklər götürülüb. Bütün bunlara rəğmən, indiyə qədər Paşinyan götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Ortada bir də qanunsuz silahlılar məsələsi var ki, onlar Qarabağdan çıxmalı idilər və bu məsələni Rusiya sülhməramlıları həyata keçirməli idi. Ancaq bu günə qədər bu proses öz praktiki həllini tapmayıb.

 

Ayrıca bir də Laçın dəhlizi məsələsi var idi ki, artıq bu dəhliz 2 il başa çatarkən həll olundu və Laçın şəhəri ilə ətraf kəndlər Azərbaycan ordusunun nəzarətinə keçdi. Bunun üçün Ermənistanla Qarabağda yaşayan ermənilərin əlaqəsini təmin etmək üçün alternativ yol da çəkildi. Azərbaycan bu yola milyonlarla vəsait də sərf etdi ki, öz ərazi bütövlüyünü təmin edə bilsin”.

 

N. Miri iddia edib ki, indiki vəziyyətdə demək olar ki, Ermənistanın götürdüyü vədlərlə bağlı olan prosesdə bərabərlik yaranıb:

 

“Çünki o zaman Laçın dəhlizinin statusu məsələsinə Azərbaycan tərəfindən sənəddə o ona görə razılıq verilmişdi ki, buna kompensasiya olaraq Zəngəzur yolu dəhliz statusunda eksterritorial forma səviyyəsində fəaliyyət göstərsin. Lakin Ermənistan buna getmədi. Dəfələrlə Azərbaycan Prezidenti bəyan etmişdi ki, əgər Zəngəzurda dəhliz olmayacaqsa, eyni status Laçında da olmayacaq. Bu gün isə Laçın şəhəri tamamilə Azərbaycanın nəzarətinə keçəndən sonra bərabərlik işarəsi qoyulub. Belə olanda halda ermənilərin Qarabağla əlaqəsini təmin etmək üçün tikilən yeni yola dəhliz statusunun verilib-verilməməsi məsələsi havadan asılı qalıb. Bu, Azərbaycan hakimiyyətinin siyasi iradəsindən asılı olan bir məsələdir”.

 

Müsahibimiz deyib ki, belə mürəkkəb bir vəziyyətdə Qazaxın 7 kəndinin Azərbaycana qaytarılma məsələsinin həll olunmasını iddia etmək, sadəcə absurd olduğu qədər həm yalandır, həm də ki, Paşinyan hökumətinə qarşı düşmən ictimai fikrin yaradılmasından başqa bir işə yaramır:

 

“Ancaq bu, o demək deyil ki, 7 kənd müzakirə predmeti deyil.

 

Hesab edirəm ki, artıq Azərbaycanda yeni bir mərhələ başlayır. Bu mərhələdə Xankəndi başda olmaqla digər ərazilərin də Azərbaycanın suverenliyinə qaytarılması prosesi gedəcək. Bunun da ilkin şərti Ermənistan ordusu və separatçıların qanunsuz silahlılarının Azərbaycandan tərksilah olaraq çıxarılmasıdır”.

 

“Ona görə də Ermənistan sərhədlərin müəyyənləşməsi prosesində bu kəndlərin qaytarılmasından imtina edərsə, Azərbaycan artıq bu kəndləri qaytarmaq hüququnu beynəlxalq hüquqa görə özündə saxladığı üçün lokal hərbi əməliyyatlarla bir neçə saata bu işi həll edə bilər. Ancaq Ermənistan bunu istəyirmi? Məncə, xeyr. Amma yaxın perspektivdə bu məsələ öz həllini tapa bilər. Mən belə düşünürəm”, - deyə msiyasi şərhçi yekunlaşdırıb.

loading...
Diaspora