Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi

Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi backend

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Manset.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.

 

loading...
Diaspora