Ahıl şəxslərin iştirakı ilə "Gəzinti futbolu" layihəsinə start verilib - FOTO

Ahıl şəxslərin iştirakı ilə "Gəzinti futbolu" layihəsinə start verilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, UEFA və AFFA-nın birgə təşkilatçılığı ilə ahıl şəxslər üçün "Gəzinti futbolu" (Walking football) adlı sosial layihəyə start verilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, layihəyə Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri cəlb olunub. Məqsəd yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa həvəsləndirmək, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etmək, ahıllara daima diqqətdə olduqlarını hiss etdirməkdir.

Layihənin açılışında Agentliyin, AFFA-nın nümayəndələri və b. iştirak edib.

AFFA tərəfindən təşkil olunmuş məşqçi heyəti tərəfindən həftədə iki dəfə olmaqla ahıl şəxslər üçün gəzmək üzərindən futbol dərsləri və məşqləri həyata keçirilir. Layihə iştirakçıları AFFA tərəfindən idman ləvazimatları ilə də təmin olunub.

Oktyabr ayında isə ahıllarla veteran futbolçuların yoldaşlıq oyununun təşkil olunması nəzərdə tutulub.

loading...
Diaspora