Laçında Təcili Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb

Laçında Təcili Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb backend

Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb.

TƏBİB-dən verilən xəbərə görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün Müdafiə Nazirliyi TƏBİB-ə müraciət edib. Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.

loading...
Diaspora