Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb - YENİLƏNİB - FOTO

Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb -  YENİLƏNİB - FOTO backend

Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin, beynəlxalq təşkilatların nümayəndələrinin, Xarici İşlər Nazirliyinin və digər qurumların yüksək səviyyəli rəsmilərinin daxil olduğu nümayəndə heyətinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına, o cümlədən Şuşaya ikigünlük səfəri təşkil olunub.

APA xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

 

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.

Əlavə edək ki, səfərin ilk günü işğaldan azad olunmuş ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar gəlib, avqustun 27-də isə rezident əsasda olan diplomatların səfəri baş tutacaq.

Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.

***

14:30

Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin, beynəlxalq təşkilatların nümayəndələrinin, Xarici İşlər Nazirliyinin və digər qurumların yüksək səviyyəli rəsmilərinin daxil olduğu nümayəndə heyətinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına ikigünlük səfəri təşkil olunub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, onlar Ankara hava limanından Füzuli şəhərinə yola düşüblər.

loading...
Diaspora