Ağsuda yeni sahibkarlıq obyekti - daş bazarı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi rayonda müxtəlif təyinatlı yeni obyektlərin açılmasına şərait yaradır. Bu qəbildən olan daş bazarı Ağsu şəhərinə yaxın, Navahı kəndinin ərazisində açılıb. Sahəsi 0,30 hektar olan bazar mişar daşının satışı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Burada yüklü avtomobillərin saxlanılması, sifarişlərin qəbulu, sürücü və alıcılara iaşə xidmətlərin göstərilməsi üçün bütün lazimi şərait yaradılıb.
Bazarda mişar daşı qabaqcadan razılaşdırılan, tənzimlənən qiymətlərlə satılacaq.