Laçın sakini: “Həsrətində olduğumuz doğma yurdumuzda əbədi yaşamaq borcumuzdur” - VİDEO

Laçın sakini: “Həsrətində olduğumuz doğma yurdumuzda əbədi yaşamaq borcumuzdur” - VİDEO backend

“İllərdir həsrətində olduğumuz doğma yurdumuzda əbədi olaraq yaşamaq bizim borcumuzdur”.

Bunu Laçın şəhər sakini, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Babək Aslanov bildirib.

“Vahid komandanlıq altında, ordumuzun gücü, qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etmək bizə qismət oldu. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmaq şərəfli ölümdür. Şərəfli ölümün biri də odur ki, öz torpaqlarımızda yaşayaq, qocalaq, orada da ölək”, - o deyib.

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüblər.

loading...
Diaspora