Macarıstanda qatarların fəaliyyəti dayandı

Macarıstanda qatarların fəaliyyəti dayandı backend

Miqrantların axını bu dəfə qatar yollarının fəaliyyətinə öz təsirini göstərdi.




Macarıstanda miqrantlara görə dəmir yol əlaqəsi iflic vəziyyətə düşüb.

ANS PRESS-in məlumatına görə, ölkədə miqrantların axını üzündən qatarlar ləğv edilib və Budapeşt vağzalı bağlanıb. Xüsusən, Avstriya və Almaniyaya getmək istəyən qaçqınların sayı həddindən artıq çoxdur.



Miqrantların vağzaldakı görüntüsü


Macarıstan paytaxtının əsas dəmir yolu stansiyasında yüzlərlə miqrantın toplaşdığını görən hakimiyyət, vəziyyət əlaqədar qətnamə hazırlayıb.

"Qatarlar növbəti bildirişə qədər Keleti vağzalına getməyəcək. Odur ki, zəhmət olmasa, yerləri tərk edin", - deyə hökümətdən xəbərdarlıq olunub.


Bir gün əvvəl miqrantlar qonşu Avropa Birliyi ölkələrinə yola düşən qatarlara minməyi bacarıblar. Lakin bu gündən etibarən dəmir yolları nəqliyyatı işini tamamilə saxlayıb.

Son zamanlar Avropa dövlətlərinə Afrika və Yaxın Şərq ölkələrindən çoxlu sayda qeyri-rəsmi qaçqınlar gəlib. Avropa komissiyasının hazırladığı plana görə, Avropa birliyi ölkələrinə gələn miqrantlar, həmin ölkədə yaşayan insanlarla eyni səviyyədə dolanmalıdırlar. Həm də, miqrantlar Avropa Birliyi ölkələrinə bərabər sayda paylanmalıdırlar. Məsələn, Fransa 14,7 faiz, Almaniya isə, 18,42 faiz qaçqın yerləşdirməyə hazır olduğunu açıqlayıb. Avropa Birliyinin bütün ölkələri iki il ərzində 32 min miqrantı qəbul etməyə razılaşıblar.