Zelenski Daria Duqinanın ölümündən danışdı
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Krım Platforması sammitindən sonra keçirilən mətbuat konfransında Daria Duqinanın qətli ilə bağlı fikirlər səsləndirib.
Zelenski bildirib ki, Ukraynanın rus təbliğatçısı Aleksandr Duqinin qızı Daria Duqinanın öldürülməsi ilə heç bir əlaqəsi yoxdur.
"Bu, qətiyyən bizim məsuliyyətimiz deyil. O, dövlətimizin vətəndaşı deyil. Biz onunla maraqlanmırıq. Və o, Ukrayna ərazisində yaşamayıb", - Zelenski deyib.