Nazir məktəbli formasından danışıb

Nazir məktəbli formasından danışıb backend

Elm və təhsil naziri Emin Əmrullayev məktəbli formasından danışıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə media üçün keçirdiyi brifinqdə açıqlama verib.

O qeyd edib ki, hər bir uşaq məktəbə formada gəlməlidir:

“Onlar məktəbli forması ilə gəlməlidirlərsə, bunun da müəyyən standartı olmalıdır. Formanın satış qiymətini bazar müəyyənləşdirir. Bu, elm və təhsil mövzusu deyil. Amma qiymətlərin şişirdilməsi halları varsa, bu, düzgün deyil”.

Nazir əlavə edib ki, bəzi direktorların məktəbli forması ilə bağlı təsdiqlənən qərara rəğmən, qızların şalvar geyinməsinə qadağa qoymaları qanunaziddir:

“Bu məktəblərin adını bizə təqdim edə bilərlər”.

loading...
Diaspora