Təşkilat rəhbəri: "Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur"

Təşkilat rəhbəri: "Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur" backend

"Laçında 1 kvadratmetr ərazidə 10 mina aşkar olunur. Tapılan minaların əksəriyyətinin üzərində isə 2021-ci il yazılıb".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində (STM) "Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru" mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, təkcə BAMF tərəfindən aparılan araşdırmalara görə Birinci Qarabağ müharibəsindən sonra 3 mindən çox, 2-ci Qarabağ müharibəsindən sonra isə 230-dan çox mina hadisəsi baş verib: "Hamımıza məlumdur ki, avqustun 20-si və 21-də 2 nəfər Laçında minaya düşdü. Biz uzun müddətdir ki, ANAMA ilə əməkdaşlıq edirik. Ermənistan imzalanmış müqaviləyə əsasən mina xəritəsini Azərbaycan tərəfinə verməli idi. Amma çox təəsüflər olsun ki, onlar bundan siyasi təzyiq kimi istifadə edirlər".

loading...
Diaspora