Gürcüstanla sərhədi pozan şəxs tutulub - FOTO

Gürcüstanla sərhədi pozan şəxs tutulub - FOTO backend

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, avqust ayının 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan respublikasından Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılmış və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılmışdır.

Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilmiş və sərhəd naryadı tərəfindən saxlanılmışdır. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27.03.1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilmişdir. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf etmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Apa)

loading...
Diaspora