Çin Xalq Respublikasında artıq çəkili hərbçilər xidmətdə irəli çəkilməyəcəklər. Lakin hələlik nəzərdə tutulan parametrlər haqda məlumat verilmir.
Qazilər.az saytı Sinxua agentliyinə istinadən xəbər verir ki, Çin ordusunda hərbçilər arasında çəki ilə bağlı standartlar müəyyənləşdirilib. Bu göstəriciləri keçən əsgər və zabitlər xidmətdə irəli çəkilmək imkanından məhrum olacaqlar. Parametrlər haqda isə məlumat verilmir. Bu, 2015 - 2016-cı illər üçün hərbidə aparılacaq islahatlar və hərbi – fiziki hazırlıq planında qeydə alınıb.Xalq müdafiə institutunun eksperti bildirir ki, hərbçilərin çəkisi artıb. Səbəb isə sadədir: həyat şəraitinin yaxşılaşması və dietanın dəyişməsi.
Onun fikrincə, artıq çəki əsgərin xarici görünüşünü pisləşdirir və döyüş meydanında döyüş qabiliyyətinin effektliyini azaldır.