Vaksin vurduranların sayı açıqlandı

Vaksin vurduranların sayı açıqlandı backend

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 395 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 847 248 təşkil edir.

loading...
Diaspora