Azərbaycanda son gündə 7 nəfər koronadan ölüb

Azərbaycanda son gündə 7 nəfər koronadan ölüb backend

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 807 017 nəfər koronavirusa yoluxub. Onlardan 793 747 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 486 nəfərdir.

Son gün ərzində 3 802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.

loading...
Diaspora