“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır

“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır backend

Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaradacaq.

Qaziler.az xəbər verir ki, bu fikir qeyd olunan modelin tətbiqinə hazırlıq işləri ilə bağlı əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işlərinin davam etdirildiyini bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Nazirlik həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları da hazırlanacaq.

İclasda himayədar ailə institutunun tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işləri müzakirə olunub.

loading...
Diaspora