Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir - Deputat

Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir - Deputat backend

Təəssüf olsun ki, Şabran rayonunda baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar qarşısını almaq çox çətinləşir.

Qaziler.az xəbər verir ki, bunu millət vəkili Sadiq Qurbanov sosial səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, Zöhramı, Pirəbədil, Dağ Bilici Qorğan, Sumağı kəndlərində Fövqəladə Halları Nazirliyinin əməkdaşları davamlı olaraq xidmət aparırlar: "Helikopterlər və yanğınsöndürən təyyarə (Amfibiya) də yanğının qarşısını almaq üçün bütün tədbirləri həyata keçirir. Fövqəladə Halları Nazirliyinin məsul şəxsləri ilə əlaqədəyəm.

Hazırda Siyəzən rayonunun Qalaaltı kəndinin yaxınlığında Şabran ərazisində baş vermiş yanğına əlavə olaraq FHN nın helikopterləri cəlb olunub.

Tanrı özü kömək olsun!".

loading...
Diaspora