TQDK-dan təhsil müəssisələrinə MÜRACİƏT

TQDK-dan təhsil müəssisələrinə MÜRACİƏT backend

Bu il peşə liseylərinin 5036 nəfər məzunu buraxılış imtahanında iştirak edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil məktəblərinə müraciət edib. Lent.az-ın məlumatına görə, 2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planına əsasən, peşə liseyləri üzrə yerinə yetirilməli olan işlərin növbəti mərhələsi başlayıb.

Fevralın 10-dan martın 10-dək əhatə edən bu mərhələdə buraxılış sinif şagirdlərinin cari tədris ilinə aid illik qiymətləri peşə liseyləri əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir.

Bu il 5036 nəfər peşə liseyləri məzunu buraxılış imtahanında iştirak edəcək.
Diaspora