Ermənistanda hərbçi ölüb

Ermənistanda hərbçi ölüb backend

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi, 41 yaşlı Manvel Myasnikoviç Tadevosyan ölüb.

Apa xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 14-də saat 15:20 radələrində hərbi qulluqçunun vəziyyəti kəskin pisləşib. Həkimlər ona dərhal lazımi köməklik göstərsələr də onu xilas etmək mümkün olmayıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”, - deyə nazirlikdən bildirilib.