Əlilliklə bağlı ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib

Əlilliklə bağlı ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib backend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin edəcək.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda əksini tapıb.

 

Bundan əvvəl qüvvədə olan Qaydaya əsasən, Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edib.

Diaspora