Bakıda avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı

Bakıda avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı backend

1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

QAZİLER.AZ bildirir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, bu barədə “Baku Bus” MMC-dən bildirilib.

Belə ki, 1 saylı marşrut avtobusu bu gündən deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər - 11, 8, 136 və 184 saylı marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil. 100 saylı marşrut xətti bu gündən ləğv edilərək, 136 saylı marşrut daşıyıcısının xidmətinə verilib.

Diaspora