Xocavənddə aşkarlanan Ermənistana məxsus helikopterin qalıqlarının görüntüləri yayılıb

Xocavənddə aşkarlanan Ermənistana məxsus helikopterin qalıqlarının görüntüləri yayılıb backend

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının görüntülərini yayıb.

"Report"un xəbərinə görə, görüntülərdə II Qarabağ müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən vurulan helikopterin tamamilə məhv olduğu məlum olur.

Qeyd edək ki, avqustun 11-də Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.