Xalq artistinin oğluna yüksək vəzifə verildi - FOTO

Xalq artistinin oğluna yüksək vəzifə verildi -  FOTO backend

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib.

AMB-dən verilən məlumata görə, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, onun yerinə Anar Mansurov təyin olunub.

O, bundan əvvəl “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.

A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.

Diaspora