Şəhid Tahir Əliyev Ağstafada dəfn olunub - FOTO

Şəhid Tahir Əliyev Ağstafada dəfn olunub - FOTO backend

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

Qaziler.az Report-a istinadla xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.