Nazirliyin əməkdaşlarına vəsiqə və medallar təqdim edildi - FOTO

Nazirliyin əməkdaşlarına vəsiqə və medallar təqdim edildi - FOTO backend

Prezident İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə  təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medallar təqdim edilib.

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumat verilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması dövlətimizin başçısının islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərildiyi, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 22 iyun 2022-ci il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.

Diaspora